Çinarə Məlikzadə:

Çinarə Məlikzadə: "Dünya ulduzu olmaq istəyirəm" - VİDEO

Hazırda oxunan: Çinarə Məlikzadə: "Dünya ulduzu olmaq istəyirəm" - VİDEO

86637

“Uzun müddət Türkiyədə yaşadım. Orada türklərlə iş birliyim oldu. Gördüm ki, tək başına addım atmaq çox çətindir. Tanınmamışdan əvvəl, Türkiyədə iş barəsində görüşmədiyim insan qalmamışdı. Hara gedirdim deyirdilər ki, tək başına heç nə edə bilmərsən, gərək adamın olsun”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Çinarə Məlikzadə qonaq olduğu “Bağ mövsümü” verilişində deyib. 

Təsadüflərə yox, hər şeyin zamanında olacağına inanan sənətçi bir mahnı ilə məşhurluğun zirvəsinə ucaldığını bildirib. 

“Bir müğənnin peşəkar komandası olmasıdır. Bu, çox önəmlidir. O qədər bezmişdim ki, hara gedirdimsə, o sözü deyirdilər. Eşitdiklərimdən sonra ağlaya-ağlaya çıxırdım. Sonra əlimi Allaha açıb söylədim ki, mənə elə bir möcüzə göstər ki, belə deyən insanlar görsünlər ki, heç kimin dəstəyi olmadan, tək başına bir qadın müğənni bu sənətə gələ bilər, sevilər və ona hörmət qoyular.
Masa arxasında “Gedək üzü küləyə” mahnısını akapella ifa etdim. Saytlar ifamı paylaşdıqdan sonra məşhurlaşdım. Yarışmalarda iştirak etsəm də, həyacan keçirtdiyimə görə potensialımı tam göstərə bilməmişdim. Hər şey zamanında olur, təsadüf deyə bir şey yoxdur. İndi dünya ulduzu olmaq istəyirəm”. 

Rəşad Əliyev, Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO