Bu gün Fəxrəddin Manafovun doğum günüdür - VİDEO

Bu gün Fəxrəddin Manafovun doğum günüdür - VİDEO

Hazırda oxunan: Bu gün Fəxrəddin Manafovun doğum günüdür - VİDEO

86599

Bu gün Azərbaycanın görkəmli kinoulduzu Xalq artisti Fəxrəddin Manafovun doğum günüdür. 

Bizim.Media xəbər verir ki, 67 yaşına qədəm qoyan sənətkar sosial şəbəkə hesabında tortun üzərində olan şamları üfürüb, söndürərkən çəkilən görüntülərini paylaşıb. 

Qeyd edək ki, Fəxrəddin Manafov 1955-ci il avqustun 2-də Xankəndidə anadan olub. 1975-1980-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.

1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1989-1993-cü illərdə “Yuğ” Dövlət teatrında aktyor işləyib. 1977-ci ildən bu günədək Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında aktyor kimi filmlərə çəkilir. 
1987-ci ildə Azərbaycan SSR-nin əməkdar artisti, 2000-ci ildə isə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülub. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO