Hüseyndən taksi sürücüsünə gözlənilməz jest: 500 manat BƏXŞİŞ - VİDEO 

Hüseyndən taksi sürücüsünə gözlənilməz jest: 500 manat BƏXŞİŞ - VİDEO 

Hazırda oxunan: Hüseyndən taksi sürücüsünə gözlənilməz jest: 500 manat BƏXŞİŞ - VİDEO 

86557

Xəbər verdiyimiz kimi, Rusiyanın məşhur azərbaycanlı blogeri və iş adamı Hüseyn Həsənov Bakıdadır. 

Bizim.Media xəbər verir ki, bloger dostları ilə qaldığı dəbdəbəli otelə getmək üçün taksi sürücüsünə pulunun olmadığını deyərək, onları ünvana çatdırmağı istəyib. 

Şofer razılıq verərək, onları nəyin ki, qaldıqları otelə eyni zamanda lazım olarsa başqa ünvana pulsuz aparacağını bildirib. Hüseyn “Haralısız?” sualını verdikdə şofer “Köklü Bakılı” deyə cavab verib.  

Həsənov əyləşdikləri ünvandan otelə qədər olan yol xərcini soruşanda taksi sürücüsü “5-6 manat. Lazım gəlsə, endirim də edərəm” söyləyib. 

Qiyməti öyrəndikdən sonra bloqer 100 manatlıq əskinasları cibindən çıxarıb. 500 manatı ovucunda bükən Hüseyn onları otelə çatdırdığına görə sürücüyə bəxşiş verib. Xatırladaq ki, bir neçə gün əvvəl Hüseyn Həsənov restoranların birində nağaraçının başına 50 manatlıq əskinaslardan ibarət pul səpib. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO