Şahmat millimizdən ardıcıl dördüncü QƏLƏBƏ

Şahmat millimizdən ardıcıl dördüncü QƏLƏBƏ

Hazırda oxunan: Şahmat millimizdən ardıcıl dördüncü QƏLƏBƏ

86549

Qadınlardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.

Bizim.Media xəbər verir ki, yığma IV turda İsrail seçməsi ilə üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən milli komanda ardıcıl 4-cü qələbəsini qazanıb.

Günay Məmmədzadə və Gövhər Beydullayeva rəqibləri ilə heç-heçə ediblər. Xanım Balacayeva və Ülviyyə Fətəliyeva isə görüşlərini qalibiyyətlə başa vurublar.

Komanda ilk turda Birləşmiş Ərəb Əmirliklərini, ikinci turda Finlandiyanı 4:0, III turda isə Yunanıstanı 2,5:1,5 hesabı ilə üstələyib.

İsrail – Azərbaycan - 1:3

Marsel Yefroimski – Günay Məmmədzadə - 0,5:0,5

Dina Belenkaya – Xanım Balacayeva - 0:1

Maşa Klinova – Gövhər Beydullayeva - 0,5:0,5

Mixal Lahav – Ülviyyə Fətəliyeva - 0:1

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO