Azərbaycanlı milyarder 4 milyarda yaxın PUL İTİRDİ

Azərbaycanlı milyarder 4 milyarda yaxın PUL İTİRDİ

Hazırda oxunan: Azərbaycanlı milyarder 4 milyarda yaxın PUL İTİRDİ

86536

Rusiyanın ən varlı iş adamlarının müharibə başlayandan sonra itirdikləri pulların həcmi açıqlanıb.

Bizim.Media “Bloomberg”ə istinadən xəbər verir ki, kasıblayan milyarderlərin siyahıya “Severstal”ın Direktorlar Şurasının sədri Aleksey Mordaşov başçılıq edir. Onun sərvəti 8,2 milyard dollar azalaraq 20,6 milyarda düşüb.

“Novatek”in sədri Leonid Mixelson 5,73 milyard dollar itirib, onun sərvəti 26,7 milyard dollara qədər azalıb. 

NLMK sədri Vladimir Lisin 5,5 milyard dollar yoxsullaşıb və hazırda sərvəti 22,5 milyard dollar təşkil edir.

Cari il ərzində “Lukoyl” şirkətinin sabiq prezidenti Vahid Ələkbərov 3,92 milyard dollar itirib. Onun sərvəti 17,8 milyard dollar civarındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO