Neftçalada ağır yol qəzası - 1 ÖLÜ, 2 YARALI VAR

Neftçalada ağır yol qəzası - 1 ÖLÜ, 2 YARALI VAR

Hazırda oxunan: Neftçalada ağır yol qəzası - 1 ÖLÜ, 2 YARALI VAR

86535

Neftçalada rayonundan yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Yenikənd kəndində Neftçala şəhər sakini, 1967-ci il təvəllüdlü Bağırov Nazim Qəhrəman oğlu idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb. Avtomobildə olan rayonun Həsənabad kənd sakinləri, 1963-cü il təvəllüdlü Gözəlov Rahib Paşa oğlu və 1961-ci il təvəllüdlü İbadov Habil Məzahim oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. 
Yaralılar Neftçala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO