Niyə İsraildə Azərbaycan səfirliyi yoxdur? - Əcnəbi və yerli ekspertlərdən açıqlama

Niyə İsraildə Azərbaycan səfirliyi yoxdur? - Əcnəbi və yerli ekspertlərdən açıqlama

Hazırda oxunan: Niyə İsraildə Azərbaycan səfirliyi yoxdur? - Əcnəbi və yerli ekspertlərdən açıqlama

8651

“İsrail olaraq biz bu barədə hər zaman danışmışıq, dəvət etmişik və istəmişik ki, İsraildə Azərbaycanın səfirliyi açılsın. Biz bunun əhəmiyyətini dəfələrlə vurğulamışıq. Qeyd olunub ki, Azərbaycandakı İsrail səfirliyi ilə yanaşı İsraildə də Azərbaycan səfirliyi olsun”.

Bu sözləri Bizim.Media-ya müsahibəsində israilli tarixçi və politoloq Mixail Finkel dedi. Əlavə etdi ki, İsraildə Azərbaycandan gələn yəhudilərin və azərbaycanlıların böyük icması mövcuddur.
 

MÖVZU İLƏ BAĞLI:

Əfqanıstanda Azərbaycan səfirliyinin açılması təsdiqləndi - YENİLƏNİB


“Onlar bu tarixi anı – Azərbaycanın İsraildə səfirlik açmasını uzun illərdir ki, səbirsizliklə gözləyirlər. Biz İsrailin müdrik vətəndaşları olaraq Azərbaycanı anlayırıq. Cənubi Qafqazın sadə region olmadığını, Azərbaycanın hansı qonşularla əhatə olunduğunu yaxşı bilirik. Biz İsraillə dostluq münasibətləri saxlamayan bəzi müsəlman və türk dövlətlərinin də bu mövzuya isti yanaşmadığını anlayırıq”.

“Həmin dövlətlərin əksəriyyəti ilə Azərbaycanın yaxşı əlaqələrinin olduğunu nəzərə alsaq, Bakının Qüdsdə səfirlik açması asan görünmür” deyən Mixail Finkel səfirliyin açılması ilə bağlı qərarın eksklüziv olaraq Azərbaycana məxsus olduğunu dilə gətirdi: 

“Hazırda İsraili hər şey qane edir, prosesi sürətləndirmirik. Bəhreyn, BƏƏ, Mərakeş və Sudanla müəyyən razılaşmalar imzalanıb. Gələcəkdə siyahının başqa müsəlman dövlətləri ilə də genişləndirilməsi gözlənilir. Həmin ölkələrlə yanaşı, Azərbaycanın da İsraildə səfirlik açması üçün ideal zamandır”. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Əfqanıstanda səfirlik açır - SƏRƏNCAM


Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova bildirdi ki, Azərbaycan-İsrail münasibətləri genişmiqyaslıdır.

İki ölkə arasında siyasi-iqtisadi əlaqələri də uzun vədəli adlandıran politoloq 44 günlük savaş ərzində Qüdsün Bakıya göstərdiyi dəstəyi xüsusi vurğuladı.

“İsrailə Azərbaycan nefti ixrac olunur, müxtəlif sahələri əhatə edən əlaqələr var. Sadəcə səfirlik məsələsi hələ gündəmdir. Ermənistan İsraildə səfirlik açmaq niyyətindəydi və bunu da etdi. Həmin vaxt suallar yarandı ki, İsrail ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq əlaqələri var, bəs, niyə səfirlik açmırıq? Nəzərə almaq lazımdır ki, Azərbaycanın İran və Türkiyə kimi yaxın qonşuları var. Digər müsəlman dövlətlərini də unutmaq olmaz. İsrailin Fələstinlə yanaşı Tehran ilə də problemləri var. Qüdsün Ankara ilə anlaşılmazlıqları isə, geridə qalmağa başlayıb”.

İranla problemin mütəmadi qabardığını deyən Ramiyə Məmmədova İsraildə səfirliyimizin omadığını geosiyasi məsələlər və islam ölkələri ilə Bakının əməkdaşlığı, tolerantlığa rəğmən Azərbaycanın da müsəlman ölkəsi olduğu ilə izah etdi: 

“Lakin bugünkü gündə İsrail ilə bəzi ərəb-müsəlman dövlətlərinin razılaşmaları var. Ölkələr arasında siyasi-iqtisadi əlaqələr genişləndirilir. Bir tək İran qalır. Bütün bunları nəzərə alaraq mənə elə gəlir ki, Bakı da İsraildə səfirliyin açılması barədə düşünə bilər”. 

Politoloq bildirdi ki, İsraildəki Azərbaycan lobbisini də unutmaq olmaz, çünki onlar ən yaxşı işləyən diasporlardan biridir. Sadalanan məqamlar əsas gətirilərək səfirlik məsələsi qaldırıla bilər: 

“Amma bu hələ zaman məsələsidir, bu il İsraildə səfirliyimizin açılması real görünmür”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO