İrandan iddia: Atom bombası hazırlamaq üçün texniki gücümüz var

İrandan iddia: Atom bombası hazırlamaq üçün texniki gücümüz var

Hazırda oxunan: İrandan iddia: Atom bombası hazırlamaq üçün texniki gücümüz var

86478

İranın Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami ölkəsinin nüvə silahı əldə etmək bacarığının olduğunu, lakin belə bir məsələnin gündəlikdə olmadığını iddia edib.

Bizim.Media “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, onun bu açıqlamaları son həftələrdə bir neçə İran rəsmisinin İslam Respublikasının atom silahı əldə etmək imkanının olması ilə bağlı açıqlamalarından sonra yayılıb.

Misal üçün, ölkənin ali lideri Əli Xameneinin müşaviri və İran Xarici Əlaqələrinin Strategiyası Şurasının sədri Kamal Xərazi son müsahibələrindən birində deyib: 

"Heç kəsə sirr deyil ki, bizim nüvə silahı əldə etmək üçün texniki gücümüz var, lakin bununla bağlı qərar qəbul etməmişik. Təkcə bir neçə gün ərzində uranın zənginləşdirilməsini 20%-dən 60%-ə çatdırmışıq və bunu rahatlıqla 90%-ə də yüksəldə bilərik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO