Serbiya və Kosova arasında nə baş verir? – Brayza və Kozlariçdən ÖZƏL AÇIQLAMA 

Serbiya və Kosova arasında nə baş verir? – Brayza və Kozlariçdən ÖZƏL AÇIQLAMA 

Hazırda oxunan: Serbiya və Kosova arasında nə baş verir? – Brayza və Kozlariçdən ÖZƏL AÇIQLAMA 

86477

“Serbiya və Kosova arasında  ciddi müharibə yoxdur. İki ölkə arasında onilliklər ərzində gərginliklər olub. Gərginliyin son aylarda pik səviyyəyə qalxması Kosovo hökumətinin Kosovoya gələn serb ziyarətçilər üçün yeni tələblər qoymasından dolayı daha da artıb”.

Bu sözləri mövzu ilə bağlı Bizim.Media-ya verdiyi özəl açıqlamada ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza səsləndirib

Metyu Brayzanın fikrincə rəsmi Moskva Bosniya, Serbiya və Monteneqro ilə etdiyi kimi, Serbiya adından Kosovo ilə də gərginliyi artırmağın yollarını axtaracaq.

ABŞ-ın Azərbaycandakı digər eks səfiri Riçard Kozlariç isə Bizim.Media-ya danışarkən hazırda Balkan yarımadasında Serbiya və Kosova arasında yaranan gərginliyi “Rusiya-Ukrayna” müharibəsi ilə əlaqələndirib:

“Putin Ukraynada uduzduğuna görə, Balkaniyadakı öz əlaltılarından Kosova və Bosniya və Herseqovinada ABŞ, NATO, və Avropa İttifaqına problem yaratmaq üçün istifadə edəcək”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO