Ötən gün söz xiridarı, məşhur meyxanaçı Aydın Xırdalanlının doğum günü ilə əlaqədar bir sıra məşhurlar onu yad etmək üçün dəfn olunduğu Xırdalan məzarlığına yollanıblar.
Bizim.Media xəbər verir ki, sənətçinin məzar daşına qərənfillər düzən söz ustadları oradan foto çəkdirərək, sosial şəbəkə hesablarında paylaşıblar.
Mərasimdə iştirak edən meyxanaçı Mehman Əhmədli və müğənni Aydın Sanı yayımladığı şəkilə “Bu gün dostumuz, həmkarımız Aydın Xırdalanlının ad günüdür. Allah rəhmət eləsin” sözlərini qeyd ediblər.
Müğənni Əminə Şirin isə mərhum meyxanaçının anası Bikə xanımla çəkib, sosial şəbəkə səhifəsində paylaşdığı fotoya “Şairin bu gün doğum günüdür. Allah Aydın Xırdalanlının anası Bikə xanıma uzun ömür versin” yazaraq fikirlərini ifadə edib.
Qeyd edək ki, Aydın Xırdalanlı 42 yaşında 3 il uzun sürən ağır xəstəlikdən (qaraciyər serrozu) sonra dünyasını dəyişib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:22 / 01.08.2022
Mərhum meyxanaçı Aydın Xırdalanlını doğum günündə məşhurlar yad etdi - FOTO
Hazırda oxunan: Mərhum meyxanaçı Aydın Xırdalanlını doğum günündə məşhurlar yad etdi - FOTO
Hazırda oxunan: Mərhum meyxanaçı Aydın Xırdalanlını doğum günündə məşhurlar yad etdi - FOTO
86425
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.