Kosovoda hazırda vəziyyət necədir? - Serbiya prezidenti dialoqa çağırdı

Kosovoda hazırda vəziyyət necədir? - Serbiya prezidenti dialoqa çağırdı

Hazırda oxunan: Kosovoda hazırda vəziyyət necədir? - Serbiya prezidenti dialoqa çağırdı

86395

Serbiya prezidenti Aleksandr Vuçiç Kosovodakı vəziyyətin nizamlanması üçün dialoqun davam etdirilməsinin tərəfdarı olduğunu bildirib. O, belə bir müraciətlə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahında məsləhətləşmələrdən sonra çıxış edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Novosti.rs” nəşri yayıb.

O, həmçinin Kosovo serblərinə vəziyyətin gərginləşməsi fonunda tutduqları mövqeyə görə təşəkkür edib.
 

MÖVZU İLƏ BAĞLI:

Vuçiç yenidən Serbiyanın prezidenti oldu – YEKUN NƏTİCƏ


“Priştina bu aksiyanı çoxdan hazırlayır. Kosovo və Metoxiyadan olan serblərə təmkin və cəsarətə görə “çox sağ olun” deyirəm”, - deyə prezident vurğulayıb.

Serbiya lideri əlavə edib ki, “son dərəcə çətin siyasi mübarizə” hələ qarşıdadır.

"Dialoqun davam etməsi bizim üçün son dərəcə vacibdir ki, problemləri sülh yolu ilə həll etməyə başlayaq" deyə o, qeyd edib.

Vuçiç vəziyyəti "sakitləşdirmək" üçün hər şeyi edəcəyinə söz verib. O, həmçinin serblərə müraciət edərək, təxribatlara yol verilməməyi və münaqişəyə səbəb ola biləcək heç bir iş görməməyi xahiş edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO