Türkiyədə yenidən meşə yanğınları başladı

Türkiyədə yenidən meşə yanğınları başladı

Hazırda oxunan: Türkiyədə yenidən meşə yanğınları başladı

86355

Türkiyədə havada temperaturun 40 dərəcəni ötməsi fonunda yenidən meşə yanğınları başlayıb.

Bizim.Media xəbər verir ki. Mersinin Anamur rayonunda yanğının söndürülməsinə 2 təyyarə, 5 helikopter və 20 yanğınsöndürən maşını cəlb olunub.

Hatayın Antakya rayonunda Habibi Neccar dağı ətəklərindəki yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə başlayıb.

Bu gün saat 14.30 radələrində isə İzmirin Menderes rayonunda tarlada başlayan yanğın küləyin də təsiri ilə meşəyə keçib. Yanğının söndürülməsinə 2 təyyarə, 3 helikopter və 13 yanğınsöndürən maşın cəlb olunub. Menderes rayonunda yanğının artıq nəzarət altına alındığı, soyutma işlərinin aparıldığı bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO