İsmayıllıda 2

İsmayıllıda 2 "KİA" avtomobili toqquşdu - Ölən və yaralı var - FOTO

Hazırda oxunan: İsmayıllıda 2 "KİA" avtomobili toqquşdu - Ölən və yaralı var - FOTO

86327

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bu gün saat 10:00 radələrində Şamaxı-Muğanlı-İsmayıllı yolunun Talıstan kəndi ərazisində hərəkət edən "KİA" markalı minik avtomobili qarşı tərəfdən gələn eyni markalı maşınla toqquşub.

Hadisə zamanı sürücülərdən biri, Bakı sakini, 1985-ci il təvəllüdlü Hacıyev Ruslan Vaqif oğlu aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb, sərnişini, Cülyan kənd sakini, 1999-cu il təvəllüdlü Hüseynov Həsən Müşfiq oğlu xəsarət alıb. Apa.az-ın məlumatına görə, yaralı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO