“Toz dumanının miqdarı bu tarixdə azalacaq” - Umayra Tağıyeva

“Toz dumanının miqdarı bu tarixdə azalacaq” - Umayra Tağıyeva

Hazırda oxunan: “Toz dumanının miqdarı bu tarixdə azalacaq” - Umayra Tağıyeva

8632

Bakıda toz dumanInın müşahidə olunması ilə əlaqədar olaraq bizim avtomat stansiyalarımız bu gündən etibarən fəaliyyətə başlayıb.

Bunu Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva söyləyib.

5 ədəd avtomat monitorinq stansiyası quraşdırılııb. Bu stansiyaların 3-ü Bakı şəhərində, 1-i Sumqayıt, 1 isə Gəncədə yerləşdirilib:

“Həmin bu stansiyanın məlumatları avtomotik olaraq mərkəzə daxil olur. Bizdə buna əsasən toz dumanının miqdarı Bakı şəhərində 1,5 dəfə çox olduğunu qeydə aldıq. Bu dünənki məlumatdır. Bugün ərzində cənub küləyi əsib. Ayın 15-i havada tozun miqdarı bir qədər çox olub".

"Artıq sabahdan küləyin istiqamtinin dəyişməsini gözləyirik. Şimal-qərb küləyi ilə əvəz olunacaq. Yavaş-yavaş tozun miqdarı azalacaq. Bundan sonrakı dövrdə isə yanvar ayının 19-da hava yağıntılı olacağı gözlənilir”.

Gülşanə Mustafayeva, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO