Güləşçilərimiz DÜNYA ÇEMPİONU oldu - FOTO

Güləşçilərimiz DÜNYA ÇEMPİONU oldu - FOTO

Hazırda oxunan: Güləşçilərimiz DÜNYA ÇEMPİONU oldu - FOTO

86293

İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, bu gün sərbəst güləşçilərimiz 2 qızıl medal qazanıb.

Vasif Bağırov (48 kq) qazaxıstanlı Ramil Rassim (11:0) və hindistanlı Kumar Lalitə (7:4) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə amerikalı Kastilyonu 5:3 hesabıyla üstələyən Vasif dünya çempionu olub.

İlyas İsayev (65 kq) iranlı Məhəmməd Mamivand (3:0), türkmənistanlı Alp Arslan Beqenyov (5:2), qazaxıstanlı Aikin Bolatuli (8:4) və gürcüstanlı Qoqa Otunaşvili (8:4) üzərində qələbə qazanaraq finala adlayıb. İlyas həlledici görüşdə amerikalı Tayler Kasaka 5:3 hesabıyla qalib gələrək dünya çempionu olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO