Yevlaxda 19 yaşlı qız itkin düşdü - FOTO

Yevlaxda 19 yaşlı qız itkin düşdü - FOTO

Hazırda oxunan: Yevlaxda 19 yaşlı qız itkin düşdü - FOTO

86225

Yevlax rayon sakini, 19 yaşlı Sitarə Mustafalı iyulun 1-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

Bildirilib ki, itkin düşən şəxsin əlamətlərini belədir: boyu 160 sm, arıq bədən quruluşlu, saçları uzun və qaradır. 

Şəkildə gördüyünüz Sitarə Mustafalının yeri barədə məlumatı olan şəxslərdən DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinə və 022-336-45-02; 051-468-11-11 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO