Qaçaqmalçılıqda təqsirləndirilən Qazaxıstan vətəndaşı Ağamoğlan Qasanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bizim.Media xəbər verir ki, iş üzrə toplanan materiallar baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Şəfa Dadaşovanın sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən edilməyib.
Qeyd edək ki, A.Qasanov Cinayət Məcəlləsinin 206.2-ci (narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi) maddəsi ilə ittiham elan olunub.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:02 / 29.07.2022
Azərbaycana narkotik keçirmək istəyən Qazaxıstan vətəndaşı MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Azərbaycana narkotik keçirmək istəyən Qazaxıstan vətəndaşı MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Azərbaycana narkotik keçirmək istəyən Qazaxıstan vətəndaşı MƏHKƏMƏ QARŞISINDA
86129
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.