Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı - VİDEO

Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı - VİDEO

Hazırda oxunan: Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı - VİDEO

86036

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlərlə erməni hərbi birləşmələrinə məxsus xeyli sayda silah-sursat aşkar edilib.

Tapılan 3 avtomat, 2 qumbaraatan, 1 pulemyot, 1 tapança silahları, eləcə də 12 ədəd tank və 5 ədəd piyada əleyhinə mina, 30 ədəd qumbaraatan mərmisi, 2318 ədəd müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO