Azərbaycan-Qırğızıstan birgə hökumətlərarası komissiyasının həmsədri dəyişdi - SƏRƏNCAM

Azərbaycan-Qırğızıstan birgə hökumətlərarası komissiyasının həmsədri dəyişdi - SƏRƏNCAM

Hazırda oxunan: Azərbaycan-Qırğızıstan birgə hökumətlərarası komissiyasının həmsədri dəyişdi - SƏRƏNCAM

85945

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri dəyişib.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq sərəncamında əksini tapıb.

Komissiyanın həmsədri bundan sonra Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini olacaq. İndiyə kimi komissiyanın həmsədri Azərbaycan Respublikası Baş nazirinin birinci müavini idi.

Xarici İşlər Nazirliyinə Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə bu Sərəncama edilmiş dəyişiklik barədə Qırğız Respublikası tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO