Nazəninin nəvəsi 700 balla Avropada universitetə daxil oldu - VİDEO

Nazəninin nəvəsi 700 balla Avropada universitetə daxil oldu - VİDEO

Hazırda oxunan: Nazəninin nəvəsi 700 balla Avropada universitetə daxil oldu - VİDEO

85940

Müğənni Nazənin Salayevanın nəvəsi Avropada universitetə daxil olub. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.

Nazənin bildirib ki, Qəhrəman adlı nəvəsi 700 bal toplayıb.

“Nəvəm özünün sevdiyi və seçdiyi sənət üzrə 700 balla Avropada universitetə qəbul olub. Universitet tərəfindən xəbər gəldi ki, Qəhrəman qəbul olub. Artıq  Avropanın qapıları nəvəmin üzünə açıqdır. Nəvəm oranın dövlət universitütlərinin birinə ödənişsiz əsaslara qəbul olub. O tələbə yataqxanasında qalacaq”.

Qeyd edək ki, Nazənin Salayevanın Fəxri və Orxan adlı iki oğlan övladı var.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO