Bu sürücülər 40 manat cərimə olunacaq? – RƏSMİ  

Bu sürücülər 40 manat cərimə olunacaq? – RƏSMİ  

Hazırda oxunan: Bu sürücülər 40 manat cərimə olunacaq? – RƏSMİ  

8594

Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən Bakının bir çox küçələrində avtobuslar üçün xüsusi zolaqlar çəkilir. 

Minik və ya yük avtomobillərinin sürücüləri bu zolağa daxil olarsa, hansı cəzalarla üzləşə bilərlər.

Mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Bizim.Media-ya açıqlamasında dedi ki, zolaqlar üzrə müvafiq yol nişanı qoyulduqdan sonra artıq onun tələbi qüvvəyə minmiş hesab olunur və belə sürücülərə cərimə yazılacaq:
 

MÖVZU İLƏ BAĞLI:

Daha iki prospekt və bir küçədə avtobus zolağı çəkildi - VİDEO


“Bu baxımdan həmin avtomobillərin sürücüləri diqqətli olmalıdır, çünki bu zolaqda digər nəqliyyat vasitələrinin hərəkəti qadağandır”. 

Qurum rəsmisi zolaqdan yalnız operativ nəqliyyat vasitələrinin istifadəsinə icazə verildiyini bildirib:

“Digər nəqliyyat vasitələrinin zolaq boyunca hərəkəti inzibati məsuliyyət yaradır və 40 manat cərimə sanksiyası tətbiq olunur”. 

Qeyd edək ki, bu məsələ Azərbaycan Respublikası Yol Hərəkəti Haqqında Qanunla tənzimlənir. 

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO