Çavuşoğlu: “Taxıl üzrə sazişlər tərəfləri sülhə yaxınlaşdırıb” - VİDEO

Çavuşoğlu: “Taxıl üzrə sazişlər tərəfləri sülhə yaxınlaşdırıb” - VİDEO

Hazırda oxunan: Çavuşoğlu: “Taxıl üzrə sazişlər tərəfləri sülhə yaxınlaşdırıb” - VİDEO

85930

"Türkiyə Orta Nəqliyyat Dəhlizinin mühüm halqası olan Bakı-Tbilisi-Qars dəmir yolundan daha fəal istifadənin tərəfdarıdır".

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda gürcü həmkarı İlya Darçiaşvili ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ukraynadakı müharibə fonunda bu dəhlizin əhəmiyyəti artıb. “Bu, təkcə region ölkələri üçün deyil, həm də beynəlxalq ticarət və logistika üçün vacibdir”, - türkiyəli nazir vurğulayıb.

Çavuşoğlu daha sonra diqqəti Ukrayna limanlarından taxıl tədarükünə dair sazişin əhəmiyyətinə yönəldib və bunun üçün İstanbulda Birgə Koordinasiya Mərkəzi yaradılıb. 

“Türkiyə taxıl dəhlizi ilə bağlı sazişlərin fasiləsiz icrasının tərəfdarıdır. Bu təşəbbüs uğurlu olarsa, Rusiya ilə Ukrayna arasında etimad mühitinin gücləndirilməsi üçün ilkin şərtlər formalaşacaq”, - nazir bildirib.

O, qeyd edib ki, İstanbul razılaşmaları təkcə Ukrayna üçün deyil, həm də Rusiya üçün məhsul ticarəti qarşısındakı maneələri aradan qaldırıb.

“Taxıl üzrə sazişlər tərəfləri sülhə yaxınlaşdırıb”, - nazir vurğulayıb.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO