Fransanın baş daşnakı İrəvandan TƏLƏB etdi: “Məni ölkəyə buraxın”

Fransanın baş daşnakı İrəvandan TƏLƏB etdi: “Məni ölkəyə buraxın”

Hazırda oxunan: Fransanın baş daşnakı İrəvandan TƏLƏB etdi: “Məni ölkəyə buraxın”

85893

Daşnaksütyun partiyasının Bürosunun üzvü, Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri Murad Papazyan Ermənistana girişinə qadağa qoyulması ilə bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Hakimiyyətin bu qərarının ciddi hüquqi əsası yoxdur. Milli Təhlükəsizlik Xidməti (MTX) ölkəyə giriş qadağasının şəxsi həyatımla bağlı olduğunu bildirərək ilk açıqlama verməkdən imtina etdi. 

Daha sonra baş nazirin ofisi bəyan etdi ki, qadağanın səbəbi 2021-ci il iyunun 1-də Parisdə Nikol Paşinyana qarşı keçirilən etiraz aksiyasında iştirakım və bu aksiyanın təşkili ilə bağlıdır.

Lakin bu hadisədən sonra 2022-ci il iyulun 13-dək 4 dəfə sərbəst şəkildə Ermənistana daxil oldum. Üstəlik, Ermənistanın müvafiq qurumları 2021-ci il iyunun 1-də keçirilən mitinqlə bağlı Fransa hakimiyyətinə heç bir şikayət göndərməyib.
Mən bu qərarı rədd edirəm və Ermənistana qayıtmaq hüququmu bərpa etməyi tələb edirəm”, - Fransanın baş daşnakının bəyanatında deyilir.

O, maraqlarını təmsil etməyi deputat Artsvik Minasyan və vəkil Siranuş Saakyana həvalə edib:

“Onlar Ermənistan Milli Təhlükəsizlik Xidmətinə qadağa qərarına yenidən baxılması tələbi ilə müraciət ediblər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO