Daha 500 şəhid ailəsi və qazi evlə təmin olunacaq

Daha 500 şəhid ailəsi və qazi evlə təmin olunacaq

Hazırda oxunan: Daha 500 şəhid ailəsi və qazi evlə təmin olunacaq

85875

"Yaxın iki ayda 500 nəfər şəhid ailəsi və qazi fərdi ev və mənzillə təmin olunacaq". 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov deyib.

O bildirib ki, ümumilikdə bu il 1500 şəhid ailəsi və qazinin mənzil və fərdi evlərlə təmin olunması nəzərdə tutulub:

"Həmin şəxslərdən artıq 600 nəfərə ev və mənzillər təqdim olunub. Yaxın iki ayda növbəti 500 nəfərin də mənzillə təmin olunacaq. Bu il 160 nəfər müharibə əlilinin avtomobillə təmiantı nəzərə tutulüb. Artıq 100 nəfərə avtomobillər təqdim olunub. Yaxın vaxtlarda 60 nəfərə də avtomobillər veriləcək". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO