Xəzər sahilində Kənan Doğulu musiqi ziyafəti ilə KEF YAŞATDI – FOTO/VİDEO 

Xəzər sahilində Kənan Doğulu musiqi ziyafəti ilə KEF YAŞATDI – FOTO/VİDEO 

Hazırda oxunan: Xəzər sahilində Kənan Doğulu musiqi ziyafəti ilə KEF YAŞATDI – FOTO/VİDEO 

85852

Ötən axşam Xəzər dənizinin sahilində, “SEA BREEZE Summer LIVE” çərçivəsində Türkiyənin parlaq pop ulduzu Kənan Doğulu canlı solo konserti ilə çıxış edib. 

Bizim.Media xəbər verir ki, tamaşaçıların alqışları ilə səhnəyə çıxan sənətçi “Bumaya” nəğməsi ilə musiqili gecəni açıq elan edib. 

Sənətçi ilk mahnısını səsləndirdikdən sonra tamaşaçılarla xoş-beş edib. 

“Əziz dostlar, sizi konsertimdə görməyə şadam, xoşbəxtəm ki, bu gecəni sizinlə bölüşəcəyik”, - deyə Doğulu “Boş səhifə” mahnısı ilə səhnə perfomansını davam etdirib. 

Diqqət çəkən məqamlardan biri isə tamaşaçıların  Kənanın ifa etdiyi nəğmələri onunla birgə əzbərdən oxuması olub.  

Hitlərini arda-arda düzən pop ulduzun şəhvətli səsi, tükənməz enerjisi və səhnədə perfomansı izləyiciləri gecə boyu coşdurub.  

Doğulu “Doktor”, “Ben Senin Herşeyinim”, “Aşk ile Yap”, “Gənclik Marşı”, “Yaparım Bilirsin”, “Eks aşkım”, “Çakkıdı”, “Tutamıyorum Zamanı”, “Baş hərfi ben” və bir çox digər mahnılar daxil olmaqla, demək olar ki, bütün yeni və köhnə hitlərini canlı musiqiçi heyəti ilə təqdim edib.
İki saatdan çox səhnədə olan Kenan pərəştişkarlarını həm canlı ifaları ilə sevindirib, həm də onlarla həmsöhbət olub. 

Xoş ünsiyyətdən və sevgi dolu mahnılarından feyziyab olan tamaşaçılar müğənnini səhnədən buraxmaq istəməyiblər.

Yaddaşlarda həkk olunan musiqi gecəsi möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

Rəşad Əliyev, Bizim.Media
 













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO