Piyada keçidlərindən istifadə etməyənlər CƏRİMƏLƏNDİ - FOTO

Piyada keçidlərindən istifadə etməyənlər CƏRİMƏLƏNDİ - FOTO

Hazırda oxunan: Piyada keçidlərindən istifadə etməyənlər CƏRİMƏLƏNDİ - FOTO

85776

Piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, onların arasında intizamın möhkəmləndirilməsi məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfində profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, xüsusilə də hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı ərazidə piyada keçidlərinin olmasına baxmayaraq, bəzi şəxslərin yolu müəyyən edilməyən yerlərdən keçdikləri aşkarlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Zaqatalada qaydaları pozan 25 sürücü CƏRİMƏLƏNDİ


Onlara yol hərəkəti qaydaları haqqında ətraflı məlumat verilib və bu kimi halların özləri ilə yanaşı digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükəli olduğu izah edilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO