Minaların təmizlənmə prosesi nə üçün yubanır? – Ekspert 2 vacib səbəbi AÇIQLADI

Minaların təmizlənmə prosesi nə üçün yubanır? – Ekspert 2 vacib səbəbi AÇIQLADI

Hazırda oxunan: Minaların təmizlənmə prosesi nə üçün yubanır? – Ekspert 2 vacib səbəbi AÇIQLADI

85763

Minlaradan təmizlənmə prosesi tam başa çatmayınca, Qarabağda həyat axarı ilə canlanmayacaq. Bu indi hamını düşündürən vacib məsələlərdəndir. 

ANAMA-dan Bizim.Media-ya verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərdə hələ də tədqiqatlar aparılır. Ərazilərin minalardan tam təmizlənəcəyi ilə bağlı dəqiq vaxtı isə demək mümkün deyil.

Təhlükəsiz üzrə ekspert İlham İsmayıl isə deyir ki, Ukrayna-Rusiya müharibəsinin getdiyi bir vaxtda bu məsələni gecikdirmək olmaz:

“Çünki müharibə Avropada ciddi enerji problemləri yaradıb. Avropanın real neft və qaz təminatçılarından birinə çevirilən Azərbaycan ilə münasibətləri daim nəzarətdə saxladıqları bir vaxtda Azərbaycan minalardan təmizlənmə prosesini sürətləndirməyə çalışmalıdır”.
 

MÖVZU İLƏ BAĞLI:

“Minaların əksəriyyəti 5-8 kq ağırlıqdan işə düşür” – ANAMA 


​​​​​​​Ekspertin fikrincə, minalardan təmizləmə prosesini sürətləndirmək üçün Azərbaycana təcrübəli mütəxəsislər lazımdır və o, Avropa İttifaqının tez bir müddətdə ölkəmizi bu cür mütəxəsislə təmin edəcəyinə inanmır:

“Avropa İttifaqının Azərbaycan ilə imzaladığı enerji ilə bağlı anlaşma memorondumundan sonra İttifaq Azərbaycanın tələblərini maksimum yerinə yetirməyə çalışacaq. Ona görə də, məsələyə daha ciddi yanaşmalı və bununla bağlı öhtəliyi olan bütün orqanlardan tələb etməliyik.

Artıq iki il keçib, lakin bu sahədə heç bir ciddi irəliləyiş baş verməyib. Ən əsası bizə bununla bağlı  mütəxəsis lazım idi və inanmıram ki, Avropa İttifaqı o tipli müttəxəsisləri bizə göndərsin. Düzdür, Avropa İttifaqı Azərbaycan və Ermənistanın yaxınlaşmasının marağındadır, lakin sanki minalardan təmizlənmə məsələsinə biraz ehtiyatla yanaşır”. 
Ekspert bildirib ki, minalanmış xəritələrlə də bağlı problemlər qalmaqdadır. İndi bu xəritələrin Azərbaycana təqdim edilməsi ilə əlaqədar Ermənistana təzyiq edəcək yeganə ölkə Rusiyadır:

“Müharibə Avropada ciddi enerji problemləri yaradıb. Avropanın real neft və qaz təminatçılarından birinə çevirilən Azərbaycan ilə münasibətləri daim nəzarətdə saxladıqları bir vaxtda Azərbaycan minalardan təmizlənmə prosesini sürətləndirməyə çalışmalıdır, lakin Avropa İttifaqının bu məsələdə Ermənistana təzyiq imkanları yoxdur. Sırf bu məsələdə Rusiyanın təzyiqi önəmlidir və onun Ermənistan üzərində təsir dairəsi genişdir”. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO