“Tarif Şurasının yanacaqla bağlı YENİ QƏRARI gec-tez pərakəndə qiymətə də təsir edəcək” - EKSPERT 

“Tarif Şurasının yanacaqla bağlı YENİ QƏRARI gec-tez pərakəndə qiymətə də təsir edəcək” - EKSPERT 

Hazırda oxunan: “Tarif Şurasının yanacaqla bağlı YENİ QƏRARI gec-tez pərakəndə qiymətə də təsir edəcək” - EKSPERT 

85750

Xəbər verdiyimiz kimi, Tarif Şurası 26 iyul tarixində keçirilən iclasında benzin və dizel üzrə təchizat tariflərinin müəyyən olunmasına dair SOCAR-ın müraciətinə baxsa da, aparılan tarif dəyişikliyinin benzin və dizelin pərakəndə satış qiymətlərinə təsir göstərmədiyi əsas gətirilməklə həmin məhsulların mövcud pərakəndə satış qiymətini dəyişməyib.

Bu isə o deməkdir ki, Aİ-92 benzinin və dizelin pərakəndə satış qiymətinin bahalaşması nəzərdə tutulmur. Amma bununla belə iqtisadçılar bildirir ki, həmin qərar istehsalçının gəlirinin hər tona görə, 6 manat azalmasına, təchizatçının və pərakəndə satıcıların qazancının isə müvafiq olaraq 2 manat və 8 manatadək artmasına gətirib çıxaracaq. 

Sözügedən məsələdə istehsalçıya bir, təchizatçı və pərakəndə satıcıya başqa bir münasibətin sərgilənməsini Bizim.Media-ya şərh edən iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, təchizatçı və yanacaqdoldurma məntəqələrinin gəlirlərində ona görə müəyyən artımlar nəzərdə tutulur ki, gələcəkdə onların qiymət artımı ilə bağlı irad və təklifləri olmasın:

“İstehsalçılar dövlət şirkətidir. Təchizatçı və pərakəndə satışla məşğul olanlar isə əsasən özəl şirkətlərdir. Onların gəlirlərində müsbət dəyişikliyin olması qiymət artımı ilə bağlı tələblərini ertələyəcək. Güman ki, qərar da buna hesablanıb”. 

Amma bununla belə, ekspert düşünür ki, bir müddətdən sonra istehsalçının gəlirlərinin azaldığı əsas gətirilərək, pərakəndə satış qiymətlərinə də müəyyən dəyişikliklərin olması təklifi yaranacaq:

“İndiki addım sadəcə, pərakəndə satışda qiymət artımının olmasını ləngidir. Lakin bu, heç də həmi istiqamətdə qiymət bahalaşmasının olmayacağı anlamına da gəlmir. Qərar heç də o anlama gəlmir ki, bir müddətdən sonra istehsalçılar da belə bir təkliflə çıxış etməyəcək. Ola bilər ki, istehsalçıların gəlirlərinin azalması gələcəkdə onların da tariflərin artırılması ilə bağlı müraciət etmələrinə fürsət tanısın”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO