Ucarda bu yol yenidən qurulur - FOTO

Ucarda bu yol yenidən qurulur - FOTO

Hazırda oxunan: Ucarda bu yol yenidən qurulur - FOTO

85663

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 29 min nəfər əhalinin yaşadığı, 28,5 km uzunluğa malik Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunu 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurur. 

Bizim.Media bu barədə Agentliyə istinadən xəbər verir. 

Məlumata görə, uzun müddət əsaslı şəkildə təmir edilmədən istifadə olunan yolun yatağı və örtüyü deformasiyaya uğrayıb, çalalar və çökmələr əmələ gəlib, çiyin hissələrin eni azalıb. Bu isə avtomobil yolu ilə rahat gediş-gəlişi təmin etməyib. 

Layihəyə uyğun olaraq, mövcud yol örtüyü və zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və kənara daşınır, torpaq yatağının bərpası və relyefdən aşağı olan hissələrin qaldırılması üçün yolboyu yararlı material tökülərək kipləşdirmə işləri görülür.

Bunun ardınca normativ qalınlıqda yol əsasının alt layının qum-çınqıl, üst layının isə optimal-qırmadaş qarışığı ilə tikintisi işləri aparılacaq. 

Yolboyu çiyinlərin qum-çınqıl qarışığı ilə tikilməsi, suötürücü boruların sıradan çıxması və yenilərinin inşası zərurəti yarandığından müxtəlif diametrli boruların quraşdırılması və izolyasiyası işləri də görüləcək. “İnşaat Norma və Qaydaları”na əsasən daha sonra yola 2 laydan ibarət 12 sm qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra ediləcək. 

Yenidənqurma işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işlərinin aparılması planlaşdırılır. 
Ötən il sözügedən yolun 4,55 km hissəsində yuxarıda sadalanan işlər icra olunaraq yekunlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO