"Qarabağ" bu gün "Sürix"lə cavab oyununa çıxacaq

Hazırda oxunan: "Qarabağ" bu gün "Sürix"lə cavab oyununa çıxacaq

85629

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Bizim.Media xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda İsveçrədə "Sürix"lə qarşılaşacaq.

"Letsiqrund" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Matçı niderlandlı FIFA referisi Allard Lindhaut idarə edəcək.

Bakıdakı ilk qarşılaşmada "köhlən atlar" rəqibinə 3:2 hesabı ilə qalib gəlib.

Cavab oyunu öncəsi Ağdam təmsilçisinin heyətində itki yoxdur. Zədəsini sağaldan Qara Qarayev də artıq komandaya qoşulub və meydana çıxmağa hazırdır. Meydan sahiblərindən isə Blerim Cemaylinin matçda iştirakı sual altındadır.

Evdə "Lütsern"lə qolsuz heç-heçə etdikləri İsveçrə çempionatının II tur qarşılaşmasından sonra əzələsində problem aşkarlanan 36 yaşlı yarımmüdafiəçinin durumuna oyun günü aydınlıq gələcək.

Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində "Slovan" (Bratislava, Slovakiya) - "Ferentsvaroş" (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Uduzan komanda isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Budyo Qlimt" (Norveç) - "Linfild" (Şimali İrlandiya) cütünün məğlubu ilə görüşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO