Azərbaycan və Misir arasında siyasi məsləhətləşmələr - FOTO

Azərbaycan və Misir arasında siyasi məsləhətləşmələr - FOTO

Hazırda oxunan: Azərbaycan və Misir arasında siyasi məsləhətləşmələr - FOTO

85600

Xarici işlər naziri Ceyhun Bayramov Misirun xarici işlər nazirinin Avropa məsələləri üzrə köməkçisi İhab Talaat Nasrın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən məlumata görə, Ceyhun Bayramov qonağı salamlayaraq, iki xalq arasında mövcud olan tarixi bağlar əsasında ikitərəfli münasibətlərin inkişafını vurğulayıb. 

O, ikitərəfli əlaqələrin bir çox istiqamətlər üzrə inkişafını qeyd edib və bu xüsusda Azərbaycan və Misir hökumətləri arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətinə istinad edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Koreya arasında SİYASİ MƏSLƏHƏTLƏŞMƏLƏR


Nazir, həmçinin ölkələrimizin beynəlxalq müstəvilərdə əməkdaşlığını qeyd edib, bu xüsusda Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətdən bəhs edilib. Hazırda Bakıda keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammitində Misir nümayəndə heyətinin də iştirakı məmnunluqla səsləndirilib.

Nazir köməkçisi İhab Talaat Nasr Azərbaycana növbəti səfərinin baş tutduğunu söyləyib və ölkədəki inkişafı məmnunluqla qeyd edib. O, Misirin Azərbaycan ilə münasibətlərin inkişafına əhəmiyyət verdiyini vurğulayıb.

Mövcud siyasi dialoqun və ikitərəfli təmasların intensivliyinin qorunub saxlanılmasının vacibliyi qeyd edilib.

Görüşdə, həmçinin cari ildə Azərbaycan və Misir arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyi vurğulanıb və bu xüsusda qarşılıqlı təbriklər səsləndirilib.

Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı Azərbaycan tərəfindən görülən genişmiqyaslı işlər barədə ətraflı məlumat verib.
Tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Eyni gündə Azərbaycan və Misir Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. İclasda Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Misir tərəfindən isə xarici işlər nazirinin Avropa məsələləri üzrə köməkçisi İhab Talaat Nasr başçılıq edib.

Siyasi məsləhətləşmələr çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO