Bakıda dəhşətli hadisə - Əvvəl arvadını, sonra da özünü bıçaqladı 

Bakıda dəhşətli hadisə - Əvvəl arvadını, sonra da özünü bıçaqladı 

Hazırda oxunan: Bakıda dəhşətli hadisə - Əvvəl arvadını, sonra da özünü bıçaqladı 

85558

Bakının Xəzər rayonunda arvadını öldürməyə cəhddə təqsirləndirilən 1978-ci il təvəllüdlü Namiq Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. 

Namiq Rəsulov 7 il 10 ay 15 gün azadlıqdan məhrum edilib. İttihama görə, hadisə bu il mayın 28-də Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb. 

Ailə münaqişəsi zəminində Namiq Rəsulov həyat yoldaşı, 1984-cü il təvəllüdlü Fərqanə Rəsulovaya bıçaq xəsarətləri yetirib. Namiq Rəsulov daha sonra özünə bıçaq xəsarətləri yetirib. Hər iki şəxsin həyatını xilas etmək mümkün olub. 

Müayinə zamanı Namiq Rəsulovun bədəninin müxtəlif yerlərində 7 ədəd kəsilmiş-deşilmiş, Fərqanə Rəsulovanın isə bədəninin müxtəlif yerlərində 8 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. 
İstintaq orqanı tərəfindən Namiq Rəsulovun barəsində Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO