Bakının bu küçəsi təmir edilir - FOTO

Bakının bu küçəsi təmir edilir - FOTO

Hazırda oxunan: Bakının bu küçəsi təmir edilir - FOTO

85530

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Zivərbəy Əhmədbəyov küçəsini təmir edir. 

Bizim.Media Agentliyə istinadən xəbər verir ki, küçənin uzunluğu 1 000, ortalama eni 15 metr təşkil edir. 

Aparılan işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması icra olunur. 

Təmir işləri zamanı mövcud piyada səkilərinin bərpası, yeni yağış barmaqlıqlarının, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələrinin qaldırılaraq yeni baxış qapaqlarının qoyulması da nəzərdə tutulub. 

Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək. Ardıcıllığa uyğun şəkildə təmir işləri rayon üzrə Tbilisi prospekti və Seyfəddin Dağlı küçəsində də aparılacaq. 
Bu ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Yasamal rayonunda ümumi uzunluğu 6 km təşkil edən 5 küçənin təmiri nəzərdə tutulub. Artıq II Alatavanın daxili yolları və Ələsgər Ələkbərov küçəsinin təmiri yekunlaşıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO