İrəvandan Azərbaycanla imzalanacaq sülh müqaviləsi HAQDA: “Reallaşacaq”

İrəvandan Azərbaycanla imzalanacaq sülh müqaviləsi HAQDA: “Reallaşacaq”

Hazırda oxunan: İrəvandan Azərbaycanla imzalanacaq sülh müqaviləsi HAQDA: “Reallaşacaq”

85520

“Ermənistan Türkiyə və Azərbaycanla danışıqlardan imtina etmək niyyətində deyil”. 

Bizim.Media “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Sarkis Xandanyan parlamentdə keçirdiyi mətbuat konfransında bildirib.

O xatırladıb ki, ötən il keçirilən parlament seçkilərində hakim “Vətəndaş müqaviləsi” partiyası Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün gündəm elan edib. 

“Sülh gündəmi Ermənistanın qonşuları ilə münasibətlərini normallaşdırmasını təklif edir. Ona görə də bu məqsədə çatmaq üçün səylərimizi xeyli genişləndirəcəyik. Bu, regionda sülhün bərqərar olmasına imkan verəcək və sülh erası nəhayət tam şəkildə reallaşacaq.
Münasibətlərin normallaşması prosesini müəyyən məqamda dayandırmaq, xüsusən də strategiyamız və gələcəyə baxışımız baxımından əks nəticə verir. Bizim belə istəyimiz yoxdur”, - deyə Xandanyan bütün tərəfdaşlarla əməkdaşlığı davam etdirəcəklərini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO