"Bu dünyada yaşamaq istəyirlərsə..." – Tarixçidən ermənilərə məsləhət

Hazırda oxunan: "Bu dünyada yaşamaq istəyirlərsə..." – Tarixçidən ermənilərə məsləhət

8551

“Qeyd etmək istəyirəm ki, ermənilər bir xalq, toplum olaraq köhnə vərdişlərindən əl çəkməyi bacarmalıdırlar. Dünya, həyat, şüurlar dəyişir, insanlar yenilənir. Köhnə ideologiya ilə bugünkü dünyada yaşamaq qeyri-mümkündür. Azərbaycan ordusunun qazandığı qələbə bir daha sübut etdi ki, bu dünyada ermənilərin köhnə qaydaları keçərli deyil.”

Bizim.Media-ya açıqlamasında tarixçi alim Nəsiman Yaqublu bildirdi ki, ermənilər ərazi iddialarında əl çəkməli, qonşularla mehriban yaşamalı, terror törətməməli və milli mənsubiyyətinə görə insanlara pis münasibət göstərməməlidirlər.

“Bunlar aradan götürülməlidir. Ermənilər bunu edə bilməsə, bir millət olaraq müasir dünyada, qonşu xalqlarla da yaşaya bilməyəcəklər. Onların təkcə bizimlə deyil. Gürcüstan və Türkiyə ilə də münasibəti pisdir. Bu mənada ermənilər yaşam tərzlərini dəyişməlidirlər.”

100 ilə yaxındır ki, ermənilərin daşnak ideologiyası altında olduğuna diqqət çəkən tarixçi vurğuladı ki, Daşnak partiyasının özü bəşəriyyət üçün zərərli bir təşkilat kimi qəbul edilib. 

''Dünyada faşizm necə qəbul edilibsə, daşnak ideologiyası da o cür zərərli sayılır. Türk və müsəlman xalqları tərəfindən düşmən ideologiya olaraq tanınır. Deməli, ermənilər bu təfəkkürdən də uzaq olmalıdırlar''. 

''Ermənilərin törətdiyi qətliamlar, soyqırımlar və belə cinayət dolu yaşam tərzi onların gələcək nəslinə də pis təsir edir. Bu yaxınlarda erməni siyasətçilərindən biri deyib ki, zədələnmiş bir erməni gəncliyi formalaşır. Belə gənclik yaranırsa, həmin cavanları bu həddə gətirmək də lazım deyil. Elə bir qaydalar fəlsəfəsi müəyyənləşdirmək lazımdır ki, zədəli insanlar yetişməsin''.

Ermənilər anlamalıdırlar ki, onlar Azərbaycan, Türkiyə və Gürcüstanla sərhəddə yaşamağa məhkumdurlar. 

Nəsiman Yaqublu açıqlamasının davamında qeyd etdi ki, bu 3 dövlətlə gərgin münasibətdə qalmaqdansa, öz zərərli xarakterlərini dəyişib, birinci növbədə qonşu dövlətlərə olan ərazi iddialarından əl çəkməlidirlər.

“İkinci növbədə öz insanlarını qisasçı ruhda yetişdirmək kimi tərbiyə sistemindən əl çəkməlidirlər. Üçüncü vacib məqam odur ki, ermənilər sərhəd xalqlarla qaynayıb, qarışmalıdırlar. Ermənistan regionun yeganə monoton dövlətidir. Yəni orada ancaq ermənilər yaşayır. Baxsınlar, görün Azərbaycanda nə qədər etnik qruplar var, burada yaşayan ermənilər də mövcuddur. Elə Türkiyədə 100 mindən çox erməni yaşayır. Etnik müxtəliflik baxımından Gürcüstandan da nümunə götürə bilərlər.”

Nəsiman Yaqublu sonda vurğuladı ki, ermənilər sadalanan mənfi xüsusiyyətlərini dəyişməsə, həmişə problemli xalq olaraq qalacaq.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO