Cavanşir Məmmədov:

Cavanşir Məmmədov: "Hər toy “Avroviziya” kimi bir şeydir" - VİDEO

Hazırda oxunan: Cavanşir Məmmədov: "Hər toy “Avroviziya” kimi bir şeydir" - VİDEO

85509

“Avroviziya”ya getsəm, böyük komanda ilə getməliyəm. Mənimlə bərabər “Natiq” ritm qrupu da olmalıdır. Mən getməyim, Xalq artisti Alim Qasımov getsin. Alim olmasın, Manana Caparidze olsun…”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu “Xəbər-ətər” səhər şousunda deyib. 

Sənətçi onu sosial şəbəkələrdə “Avroviziya” beynəlxalq mahnı yarışmasına getməsini ələ salanları “ağ yuyub, qara sərib”.  

“Sən əgər Cavanşir Məmmədovun “Avroviziya”ya getməsini dərk edə bilmirsənsə, gəl otur, səni başa salım. Özümdəki o istedadı bilirəm. 1990-ci ildən bəri dəbdə olan sənətkaram. İndiyə kimi nə qədər “Avroviziya”lar görmüşəm?! Hər toy “Avroviziya” kimi bir şeydir. Sən durub məni müzakirə edə bilməzsən”. 
Qeyd edək ki, C.Məmmədov “Elgizlə izlə” ictimai-sosial verilişdə duet ortağı Əməkdar artist Firüzə İbadova ilə ölkəmizi “Avroviziya”ya yarışmasında təmsil etmək istəyi ona baha başa gəlib. Mövzu sosial şəbəkələrə yayıldıqdan sonra Əməkdar artisti izləyicilər tənqid ediblər. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO