İtləri avtomobilə bağlayıb sürüyən şəxs tapıldı – YENİLƏNİB - VİDEO

İtləri avtomobilə bağlayıb sürüyən şəxs tapıldı – YENİLƏNİB - VİDEO

Hazırda oxunan: İtləri avtomobilə bağlayıb sürüyən şəxs tapıldı – YENİLƏNİB - VİDEO

85503

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə heyvanları idarə etdiyi avtomobilə bağlayaraq sürüyən şəxsin Bərdə rayon sakini Nəsib Həsənov olduğu müəyyən edilib.  

Bizim.Media xəbər verir ki, bununla bağlı Oxu.Az-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı məlumat verib.  

Onun sözlərinə görə, N.Həsənov öz izahatında heyvanları evinin yaxınlığında ölü olaraq tapdığını və yaşadığı kənddəki zibil tullantılarının atıldığı əraziyə apardığını bildirib.  

Məsələ ilə bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

*** 12.56

Bərdə rayonunda görünməmiş hadisə baş verib. Belə ki, itləri avtomobilə bağlayıb yol boyu sürüyüblər.  

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hadisə ilə bağlı bildirilib ki, heyvanlara qarşı zorakılığı əks etdirən görüntülərlə bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalar başlanılıb:  

“Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək və ictimaiyyət məlumatlandırılacaq”.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO