Stilist Anar heyvanı işgəncə ilə döyən şəxsləri lənətlədi: \

Stilist Anar heyvanı işgəncə ilə döyən şəxsləri lənətlədi: \"Allah sizə cəhənnəmi yaşadacaq\" - VİDEO

Hazırda oxunan: Stilist Anar heyvanı işgəncə ilə döyən şəxsləri lənətlədi: \"Allah sizə cəhənnəmi yaşadacaq\" - VİDEO

85473

“Əsəbdən əlim əsir. Heyvanın başından vurur, deyir, dərsini niyə oxumamısan? Bu cəmiyyətdə nə qədər şərəfsiz, vicdansız insanlar  yaşayır. Sizin kimilərə koronavirus da azdır. Hələ betəri xolacaq, acından öləcəksiniz. Vurduğunuz heyvanın yeməyinə də möhtac qalacaqsınız”.

Bizim.Media xəbər verir ki, bu sözləri stilist Anar Ağakişiyev sosial şəbəkə hesabında paylaşdığı videoda deyib.  

Stilist, ötən gün sosial mediada yayılan və cəmiyyət tərəfindən sərt şəkildə tənqid olunan iki şəxsin heyvanın başından vuraraq, ona əzab verməsinə kəskin reaksiya verib. 

“Heyvanın dili, ağzı yoxdur. Necə vura və ələ sala-sala rəftar edə bilərsiniz? Tərbiyəsizlər, düşüncəsi olmayanlar. Videoya sona kimi baxa bilmədim. Ürəyim əsəbimdən ağzıma gəlir. Dilsiz, ağızsız heyvanı başından vurur ki, dərsini niyə oxumamısan? Təəccüblənməyin, koronavirus da olacaq, hələ betər olacaqsınız. Bu dünyada Allah sizə cəhənnəmi yaşadır və yaşadacaq.

Ailə tərbiyəsi görməmisiniz, sizinlə bir cəmiyyətdə yaşadığım üçün utanıram. Şüursuzsunuz. Sona kimi baxa bilmədim, it yox, tülküdür videodakı. Fərq etmir, it, pişik, tülkü, ilan belə olsa... Heyvanı belə etmək olmaz. Təbiət sizin kimiləri diri-diri udub, cəhənnəmi yaşadır. Hələ harasıdır, bundan betər olacaqsız”. 
Qeyd edək ki, Sabirabad rayon sakini 20 yaşlı Cəsarət Bayramov və Neftçala rayon sakini 18 yaşlı Kənan Dünyamalıyev heyvanın başından vuraraq, ona əzab verə-verə öldürməyə çalışıblar. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO