Mingəçevirdə inəklərin “məskən” saldığı zibillik - VİDEO  

Mingəçevirdə inəklərin “məskən” saldığı zibillik - VİDEO  

Hazırda oxunan: Mingəçevirdə inəklərin “məskən” saldığı zibillik - VİDEO  

85471

Mingəçevir şəhərində fərdi yaşayış sahəsinə bitişik ərazidə anti-sanitariya hökm sürür.   

İri buynuzlu heyvan ətrafda kiçik ölçülü otluq sahəsi olmasına baxamayaraq, zibil qabına atılan tullantılarla qidalanır.  

Bu heyvanların ətindən və südündən istifadə etmək nə dərəcədə doğrudur?  

Mingəçevir Baytarlıq İdarəsinin Epizodik şöbəsinin müdiri, həkim Xəyyam Cəfərov Bizim.Media-ya məsələ ilə bağlı açıqlamasında bildirib ki, belə davranışa meyllilik həmin heyvanın immun çatışmazlığından xəbər verir:  

“İnəyin sahibi heyvanı normal qidalandırmır”.  

Həkim qeyd edib ki, xəstə olan heyvanlar tullantılardan özü üçün yeni infeksiya mənbəyi yaradır:  

“Bu isə onun südündən və ətindən istifadə edən insanların sağlamlığı üçün çox təhlükəlidir”.

Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsindən yaranmış vəziyyətlə bağlı açıqlama verilib.

Bizim.Media-nın yerli bürosuna danışan İdarə rəisi Əli Ağamirovun sözlərinə görə, ərazidə yerləşən tullantı qutularında məişət tullantıları hər gün vaxtında daşınır:

"Hər şey qrafikə uyğun aparılır. Yerdə qalan vaxt ərzində isə əməkdaşlarımız ərazidə yerli sakinlər tərəfindən təmizliyin və sanitar rejimin qorunması üçün ciddi nəzarət edib vətəndaşlarla maarifləndirici söhbətlər aparır.

Təəssüf ki, Yevlax rayonunun həmin yerin 5-10 metr əks tərəfində yerləşən Havarlı kəndinin bəzi hallarda nəzarətsiz buraxılan mal-qarası yolu keçib Mingəçevirin Xaldan şossesindən çıxış istiqamətində yerləşən ərazisinə daxil olur və müşahidə olunan bu kimi halların yaranmasına səbəb olur.

Sahibinin nəzarətində olmayan bəzi heyvanlar tullantı qutularına soxularaq zibilləri ətrafa səpir. Bu da infeksiya yaranmasına zəmin törədir. Sakinlərdən mal-qarasını nəzarətdə saxlamağı tələb edirik. Çünki bu, ərazinin sanitar rejimi üçün vacib olduğu qədər də, həm heyvanların, həm də insanların həyatı üçün çox önəmlidir".

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran bürosu
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO