“Rusiya Odessanı tutandan sonra Moldovaya hücum edəcək” – Baş nazirdən XƏBƏRDARLIQ

“Rusiya Odessanı tutandan sonra Moldovaya hücum edəcək” – Baş nazirdən XƏBƏRDARLIQ

Hazırda oxunan: “Rusiya Odessanı tutandan sonra Moldovaya hücum edəcək” – Baş nazirdən XƏBƏRDARLIQ

85386

Ukrayna müharibəsinin Odessaya doğru genişlənməsi ehtimalı Moldovanı narahat edir. Rəsmi Kişinyovda bu cür qorxular Rusiya hərbçilərinin yerləşdiyi separatçı Dnestryanı bölgənin ərazisinə yaxın olması ilə izah olunur.

Bizim.Media xəbər verir ki, bu barədə Moldovanın baş naziri Nataliya Qavrilitsa CNN telekanalına müsahibəsində danışıb.

O, ölkənin keşməkeşli tarixindən və Moldovanın Aİ-yə namizəd statusuna daxil olmasından söz açıb. Rəsmi bildirib ki, Moldova həqiqətən də Rusiya ilə müharibə ssenarisindən qorxur.

“Biz narahatıq. Təbii ki, risk var, amma hələlik bu, hipotetik ssenaridir. Lakin döyüşlər Ukraynanın cənub-qərbinə və Odessaya doğru getsə, o zaman biz, əlbəttə ki, çox narahat olacağıq, xüsusən də Dnestryanı ərazisində rus qoşunların olmasını nəzərə alsaq.
Biz sülhü və sabitliyi qorumaq və döyüşlərin genişlənməməsi üçün mümkün olan hər şeyi edirik”, - deyə baş nazir bildirib.

Qavrilitsa, həmçinin hesab edir ki, əgər Rusiya beynəlxalq nizamın normalarına xor baxaraq, Ukrayna ərazilərinin ilhaqı uğrunda müharibəyə başlaya bilirsə, deməli, heç bir ölkə bundan sığortalanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO