Müasir dövrdə insanlar karyera, şəxsi münasibətlər, təhsil və özünüinkişaf sahələrində uğur və motivasiya qazanmaq üçün fərdi inkişaf kitablarına külli miqdarda pul xərcləyirlər.
Daimi mütailə edən şəxslərin, oxuyucuların kitab rasionunun böyük hissəsini fərdi inkişaf, spiritual və biznes tipli kitablar təşkil edir. Onlar bu kitablarda pul qazanmağın ən tez və qısa yollarını, xoşbəxtliyin formulunu, cəmiyyətə adaptasiya olmağın mərhələlərini axtarırlar.
Bizim.Media xəbər verir ki, belə kitablar insanlarda asılılıq yaradır. Belə ki, müəllif ədəbi yolla insanın psixikasının ən dərin qatlarına enir, duyğuları ilə oynayır, arxasınca aparır və yeni kitablarını almağa təşviq edir.
Fərdi inkişaf kitabları pul tələsidir? Niyə belə kitablar daha çox üzə çıxmağa başlayıb?
Psixoloq Gülər Məmmədova qeyd edir ki, təəssüf, il 2022, insanlar məhz bu kitablardan yararlanaraq özlərində inam və düşüncə formalaşdırmaq istəyirlər:
“Sual yarana bilər ki, bu günün insanları niyə belə əsəbi, gərgin və aqressiv olublar. Müəyyən çaşqınlıq, pandemiya, xəstəliklər, dünyada baş verən siyasi proseslər insan psixologiyasında ciddi dəyişiklər yaradıb. Bu aspektdən motivasiya xarakterli fikir, yeni bir dünya, qısa bir müddətdə maddi aspektdən uğurun artırılması, bolluq-bərəkətin yaradılması, zənginliyə, xoşbəxtliyə aparan yol kimi mənəvi dəyişiklər güdən kitabların, əslində, bir zərəri yoxdur. İnsanlar belə kitablardan bir prioritet götürüb xoşbəxt olurlar”.
Psixoloq bildirir ki, əksər vaxtlarda, bu tərzdə yazan xarici müəlliflərin əsərləri tərcümə olunur, geniş tirajlanır və ölkəmizdə bestsellərə çevrilir:
“Bəziləri şəxsi və fərdi araşdırma etməyi sevdiyindən, psixoloqa xərcləyə biləcəkləri məbləğin yerinə fərdi inkişaf, biznes, psixologiya kitabları alırlar. Lakin kitab insanda mövcud olan problemin kökünü müəyyən etmir. İnsan psixoloqa müraciət edərək problemin kökünə enməlidir ki, niyə bu kitablara üz tuturam”.
Gülər Məmmədova deyir ki, belə kitablardan sui-istifadə edib, insanların psixologiyası ilə oynayanlar, söz yığını ilə məşğul olanların da oxuyucu kütləsi var:
“Onlar məşhurların deyimlərini, kəlamlarını bir araya toplayıb çap edirlər, satırlar. Bərbad tərcümələrin, bəsit kitabların bəsit oxuyucuları olur.
Kim ki, insan psixologiyasında zəif nöqtələri idarə etməyi bacarırsa, ona uyğun kitab çıxarır.
Beləliklə, oxuyucu və müəllif arasında ünsiyyət yaranır. Sanki oxuyucu müəllifi oxuyur, onunla söhbət edir, motivasiya edici müzakirələrinə qulaq asır, manipulyasiya altına düşür.
Özünəgüvəni, qiyməti, intizamı zəif insanlar həyatda nəsə tapmaq üçün kənardan dəstək istəyirlər. İnsan psixikası axtarış içərisində olduğu üçün belə kitab, tədbir, müzakirələrə külli miqdarda pullar xərcləyir ki, qeyri-müəyyən dünyada çaşqınlıqları nəhayət tapsın, rahatlasınlar”.
Mia Quliyeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:15 / 26.07.2022
Kitab mağazalarında TƏHLÜKƏLİ ƏDƏBİYYATLAR: “Oxucuları manipulyasiya edən kitablar satılır”
Hazırda oxunan: Kitab mağazalarında TƏHLÜKƏLİ ƏDƏBİYYATLAR: “Oxucuları manipulyasiya edən kitablar satılır”
Hazırda oxunan: Kitab mağazalarında TƏHLÜKƏLİ ƏDƏBİYYATLAR: “Oxucuları manipulyasiya edən kitablar satılır”
85380
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.