FHN-in əməkdaşı dünya çempionu oldu - FOTO 

FHN-in əməkdaşı dünya çempionu oldu - FOTO 

Hazırda oxunan: FHN-in əməkdaşı dünya çempionu oldu - FOTO 

85291

İyulun 14-17-də Türkiyə Respublikasının İstanbul şəhərində Beynəlxalq Kyokuşinkay Karate Federasiyasının təşkilatçılığı ilə gənclər və böyüklər arasında kyokuşinkay karate və ciyutaido üzrə dünya çempionatı keçirilib.

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, çempionatda 25 ölkədən 220-yə yaxın idmançı öz qüvvəsini sınayıb. Yarışda iştirak edən Azərbaycan kyokuşinkay karate və ciyutaido üzrə yığma komandanın idmançıları yüksək nəticələr əldə ediblər.

Yüksək nəticə əldə etmiş idmançılar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşı da var.

Belə ki, kişilər arasında kumite yarışlarında Fövqəladə Hallar Nazirliyinin kyokuşinkay karate, eyni zamanda Azərbaycan milli yığma komandasının üzvü, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, daxili xidmət çavuşu İskəndər Həsənov 75 kq çəki dərəcəsində 4 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və qızıl medalın sahibi olub.
Qalibə Beynəlxalq Kyokuşinkay Karate Federasiyasının kuboku, medal və diplomu təqdim olunub.

Qeyd edək ki, İskəndər Həsənov kyokuşinkay karate üzrə respublika çempionatının, ikiqat dünya kubokunun və beynəlxalq turnirlərin qalibidir.

25 iyul 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançı ilə görüşərək qazandığı nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO