Vüqar Səfərlinin sürücüsü də həbs edildi

Vüqar Səfərlinin sürücüsü də həbs edildi

Hazırda oxunan: Vüqar Səfərlinin sürücüsü də həbs edildi

8525

Bu gün həbs edilən KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərlinin sürücüsü Əlikram Güləhmədov da saxlanılıb.

Bizim.Media xəbər verir ki, Ə.Güləhmədov müdiri Vüqar Səfəliyə qarşı irəli sürülən eyni istintaq işi üzrə həbs olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovun sağ əli Vuqar Səfərli həbs olundu - RƏSMİ

Həbs edilən Vüqar Səfərlini 12 il cəza gözləyir – Vəkildən açıqlama


Qeyd edək ki, Vüqar Səfərli bu gün həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO