Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı hakeri saxladı

Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı hakeri saxladı

Hazırda oxunan: Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı hakeri saxladı

85206

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) kiber departamentinin əməkdaşları Kiyevdə yerli və xarici şirkətlərin, bankların elektron sistemlərində məhdud girişi olan məlumatların oğurlanması üzrə ixtisaslaşmış hakeri saxlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı UTX-nin mətbuat xidməti yayıb.

"Kompüter şəbəkələrinə icazəsiz daxil olmaq üçün o, xüsusi zərərli proqram təminatı yaradıb. Sonra onu məqsədli şəkildə bankların və müəssisələrin elektron poçtları vasitəsilə yayaraq, onların rəqəmsal sistemlərinə uzaqdan giriş əldə edib", - məlumatda deyilir.

Haker bu məlumatı Rusiya ərazisindən Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən idarə olunan anonim internet platformalarına “sızdırıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO