Anadolu Agentliyi Şuşadakı Beynəlxalq Media Forumunu geniş işıqlandırdı – FOTO

Anadolu Agentliyi Şuşadakı Beynəlxalq Media Forumunu geniş işıqlandırdı – FOTO

Hazırda oxunan: Anadolu Agentliyi Şuşadakı Beynəlxalq Media Forumunu geniş işıqlandırdı – FOTO

85160

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Milli Mətbuat Günü münasibətilə Şuşada “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda keçirilən Beynəlxalq Media Forumu Türkiyənin Anadolu Agentliyi tərəfindən geniş işıqlandırılıb.

Bizim.Media xəbər verir ki, agentliyin yaydığı məqalələrdə forumun məqsədi və nəticələrindən bəhs olunub.

Diqqətə çatdırılıb ki, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycanın media nümayəndələrinə müraciətini oxuyub.

Agentlik dövlətimizin başçısının müraciətindən bu sitatı təqdim edib:

“Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər.

Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.”

Eyni zamanda, vurğulanıb ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasovun və başqalarının çıxış etdikləri açılış mərasiminə Anadolu Agentliyinin Baş direktorunun müavini Yusuf Özhan da qatılıb.

Agentliyin Beynəlxalq Media Forumu barədə məlumatları Türkiyənin digər informasiya resursları tərəfindən də yayılıb.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO