"Welt” nəşri: "Almaniya Ukraynaya silah tədarükünü ləngidir"

Hazırda oxunan: "Welt” nəşri: "Almaniya Ukraynaya silah tədarükünü ləngidir"

85129

Almaniya hökuməti Ukraynaya silah tədarükünü, o cümlədən daha əvvəl vəd edilmiş "İris-T” hava hücumundan müdafiə sistemini ləngidir.

Bizim.Media xəbər verir ki, bu barədə nüfuzlu "Welt” nəşri yazıb.

Nəşr Ukrayna hökumətindəki mənbələrə istinadən iddia edir ki, rəsmi Kiyev iyulun əvvəlində "Diehl Defence” şirkətindən 11 ədəd "İris-T SLM” kompleksinin alınması üçün müraciət edib.

Silahların tədarükü birbaşa həyata keçirilməlidir.

KİV-in məlumatına görə, bir sistem təxminən 140 milyon avroya başa gəlir, yəni müqavilə məbləği təxminən 1,5 milyard avrodur.

Almaniya İqtisadiyyat Nazirliyi ilkin müsbət cavab verib və Federal Təhlükəsizlik Şurasına müraciət göndərib. Ancaq məmurlar üç həftədir qərar qəbul etməyib.

Şura bağlı qapılar arxasında iclas keçirən doqquz nazirdən ibarətdir. Nəşr bildirir ki, Şura ya Ukraynaya silah tədarükünə razı olmayıb, ya da istəksiz şəkildə razılaşıb.

Qeyd edək ki, iyunun əvvəlində Almaniya Kansleri Olaf Şolts "İris-T” sistemini Ukraynaya verməyə söz verib. Onun sözlərinə əsasən, çatdırılma yaxın həftələrdə baş tutmalı idi. Amma KİV Ukraynanın bu sistemləri yalnız ilin sonuna doğru ala biləcəyini bildirir. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO