160 min pensiya, müavinət və təqaüd təyinatı bu qaydada APARILIB

160 min pensiya, müavinət və təqaüd təyinatı bu qaydada APARILIB

Hazırda oxunan: 160 min pensiya, müavinət və təqaüd təyinatı bu qaydada APARILIB

85083

Bu ilin yanvar-iyun aylarında 160 min pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, 2019-cu ilin əvvəlindən başlayaraq həmin sosial ödənişlərin təyinatı elektronlaşdırılıb.

Məlumatda həmçinin qeyd olunub ki, bu da vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq təyinatların e-qaydada aparılmasına imkan verib.

Bildirilir ki, ötən dövrdə 64 mini pensiya, qalanı müavinət və təqaüd olan 430 minədək təyinat e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO