DSX-də jurnalistlərlə GÖRÜŞ – Media nümayəndələri təltif olundu  

DSX-də jurnalistlərlə GÖRÜŞ – Media nümayəndələri təltif olundu  

Hazırda oxunan: DSX-də jurnalistlərlə GÖRÜŞ – Media nümayəndələri təltif olundu  

85078

Milli Mətbuat günü münasibətilə Dövlət Sərhəd Xidmətində (DSX) media nümayəndələri ilə görüş keçirilib. 

Görüşdə DSX rəisinin şəxsi heyət üzrə rəis müavini, general-leytenant Abbas Xəlilov jurnalistlər qarşısında çıxış edib. General-leytenant media təmsilçilərinə bu görüşün özəlliyini açıqlayıb. 

O bildirib ki, adətən mətbuat nümayəndələri ilə görüşlərimiz 18 avqust - DSX-nin yaranma gününə təsadüf edirdi:

“Bu il fərqliliyə imza atılıb. Məhz bu il mətbuat günü ilə bağlı görüş keçirməyi qərara aldıq”.  

DSX rəsmisi təmsil etdiyi qurumun, dövlət sərhədlərinin etibarlı mühafizəsində ayıq-sayıq xidmət edən sərhədçilərimizin fəaliyyətinin işıqlandırılmasında KİV-in rolunu yüksək qiymətləndirib.  

A.Xəlilov 44 günlük Vətən Müharibəsində ümumilikdə Azərbaycan Silahlı Qüvvələrinin və onun mübariz tərkib hissəsi olan DSX-nin Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qazandığı parlaq qələbədə rolunu xüsusi vurğulayıb.  
O, media ilə əlaqələrin daha səmərəli təşkili üçün belə görüşlərin davamlı olacağını deyib. Bildirib ki, DSX-nin yaranma günü ərəfəsində - 15-17 avqust tarixlərində DSX növbəti dəfə jurnalistlərlə görüşəcək. 

DSX-nin fəaliyyəti ilə bağlı brifinq keçirilməsi nəzərdə tutulur.  

Sonda mətbuat nümayəndələri Azərbaycan Respublikasının Sərhəd Mühafizə orqanlarının xidməti-döyüş fəaliyyəti haqqında ictimaiyyətin məlumatlandırılması işinə verdiyi töhfələrə və Milli Mətbuat günü münasibətilə medal və fəxri fərmanla mükafatlandırılıblar. Mükafatlandırılanlar arasında "Bizim.Media"nın əməkdaşı Aytəkin Alxaslı da olub.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO