Lənkəranda 40 yaşlı qadın İTKİN DÜŞDÜ

Lənkəranda 40 yaşlı qadın İTKİN DÜŞDÜ

Hazırda oxunan: Lənkəranda 40 yaşlı qadın İTKİN DÜŞDÜ

84998

Bu gün saat 17:30 radələrində Lənkəran şəhərinin Tükəvilə kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 1982-ci il təvəllüdlü İbrahimova Fəxriyyə Söhbət qızının axtarışlarının aparılması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə müraciət daxil olub.

Bizim.Media xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin müvafiq strukturları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO