Qubada Milli Mətbuat Günü belə qeyd edildi - FOTO

Qubada Milli Mətbuat Günü belə qeyd edildi - FOTO

Hazırda oxunan: Qubada Milli Mətbuat Günü belə qeyd edildi - FOTO

84979

Azərbaycan Milli Mətbuatının yaranmasının 147-ci ildönümü Quba rayonunda qeyd olunub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, bölgənin mətbuat təmsilçiləri, şəhid ailələrinin nümayəndələri və qazilər mətbuat gününü Media şəhidləri parkında qeyd ediblər.

Azərbaycanın Dövlət Himni səslənib, şəhidlərimizin, həmçinin şəhid media mənsublarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Qubanın icra başçısı Ziyəddin Əliyev banisi ölməz "Əkinçi"qəzet ilə qoyulan, Zərdabi qələmi ilə başlayan Azərbaycanın 147 yaşlı milli mətbuatının tarixindən ətraflı danışıb.

Çıxış edən mətbuat təmsilçiləri Qubada ölkə üzrə yeganə olan Media şəhidləri parkının yaradılmasını mediaya verilən yüksək dəyər kimi qiymətləndiriblər.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO